Serbiyanın Novi sad şəhərində keçirilən 20 yaşa qədər güləşçilərin Avropa birinciliyi başa çatıb.
Son yarış günündə sərbəst üsulla güləşdə 5 çəki dərəcəsi üzrə ən güclülər müəyyənləşib. Burada milli komandamızın 4 üzvü fəxri kürsüyə qalxıb. Müvafiq olaraq 57 və 86 kq-da yarışan Camal Abbasov və Sadiq Mustafazadə finalda məğlub olaraq gümüş medalla kifayətləniblər. 97 kqda mübarizə aparan Anar Cəfərli də qitə birinciliyini 2-ci pilıədə bitirib. Ən ağır çəkidə mübarizə aparan Yusif Dursunov isə bürünc medal uğrunda qarşılaşmada ukraynalı rəqibini məğlub edib. Bununlq ümumilikdə 1 qızıl, 4 gümüş və 1 bürünc medal qazanan sərbəst güləş millimiz 132 xalla komanda hesabında 1-ci olub. Türkiyə 2-ci, Gürcüstan isə 3-cü pillədə qərarlaşıb.