2 güləşçimiz finalda, 1 idmançımız bürünc medal qazandı

24 May, 12:00 Sosial mediada paylaşın:
Bakıda 23 yaşadək güləşçilərin Avropa çempionatında komandamız daha bir medal əldə edib.
Qadın güləşçilərin yarışında 59 kqda Ruzanna Məmmədova bürünc medal qazanıb. O, 3-cü yer uğrunda görüşdə rumıniyalı Ana Mariya Puiuya qalib gəlib.
Qeyd edək ki,bu gün komandamız daha 3 medal əldə edə bilər. 53 kqda Elnurə Məmmədova və 57 kqda Jalə Əliyeva uğurla çıxış edib. Hər iki idmançımız finala yüksəlib. 72 kqda isə Mərziyyə Sadıqova bürünc medal uğrunda yarışacaq.

CANLI YAYIM