Yunan-Roma güləşçilərimiz Avropa birinciliyini tarixi nəticə ilə başa vurdu

23 May, 11:00 Sosial mediada paylaşın:
Bakı idman sarayında 23 yaşadək güləşçilərin Avropa birinciliyi keçirilir. Yunan-Roma güləşçilərimizdən daha 4-ü mükafat qazanıb.
82 kq-da finala qədər uğurla irəliləyən idmançımız Qurban Qurbanov həlledici görüşdə rusiyalı güləşçiylə qarşılaşıb. Təmsilçimiz  finalda da rəqibini məğlubiyyətə uğradaraq qızıl medalın sahibi olub.
60 kq-da Nihad Quluzadə həlledici görüşdə türkiyəli rəqibinə uduzaraq gümüş medalla kifayətlənib.
İdmançılarımızdan ikisi isə bürünc medala yiyələnib. 72 kq-da Ruslan Nurullayev Bolqarıstan, 97 kq-da Murad Əhmədiyev isə finlandiyalı güləşçiyə qalib gələrək bürünc mükafat qazanıb. Əlavə edək ki, Azərbaycanın yunan-Roma güləşçiləri U-23 Avropa çempionatını 3 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurublar. Beləliklə millimiz 163 xal toplayaraq ilk dəfə komanda hesabında U-23 Avropa çempionu olub.

CANLI YAYIM