Güləşçilərimiz Avropa birinciliyində 2 qızıl və 2 bürünc medal qazandı

22 May, 12:00 Sosial mediada paylaşın:
Bakı idman sarayında 23 yaşadək güləşçilərin Avropa birinciliyi keçirilir. Yarışın 2-ci günü idmançılarımız üçün uğurlu alınıb.
Yunan-Roma güləşçilərimizdən, 63 kq-da çıxış edən Ziya Babaşov həlledici görüşdə moldovalı rəqibindən üstün olaraq qitə yarışının qızıl medalına yiyələnib. 77 kq-da mübarizə aparan Xasay Həsənli də etimadı doğruldub. O, həlledici qarşılaşmada türkiyəli güləşçiyə qalib gələrək Avropa çempionu olub. Daha iki idmançımız isə bürünc medala yiyələnib. 55 kq-da Rəşad Məmmədov Ukrayna, 87 kq-da Laçın Vəliyev rusiyalı rəqibinə gücünü göstərərək bürünc mükafatın sahibi olub. Beləliklə Yunan-roma güləşçilərimiz Avropa birinciliyinin ikisi qızıl, ikisi bürünc olmaqla hələlik 4 mükafata yiyələniblər.ı

CANLI YAYIM