"Bayer" Romadan qələbə ilə qayıtdı

3 May, 12:00 Sosial mediada paylaşın:
UEFA Avropa Liqasında yarımfinalın ilk görüşündə “Roma” “Bayer” Leverkuzeni qəbul edib. Qarşılaşma yaxşı başlayan Almaniya təmsilçisi 28-ci dəqiqədə istəyinə nail olub. Florian Virts “Bayer”i hesabda irəli çıxarıb. İlk  hissə qonaqların minimal hesablı üstünlüyü ilə yekunlaşıb. Fasilədən sonra Roma futbolçularının vəziyyəti xeyirlərinə dəyişmək cəhdləri nəticəsiz qalıb. Əvəzində Xabi Alonsonun komandası daha bir qol vurub. Robert Andrix fərqi artrıb. Görüşün qalan vaxtında isə hesab dəyişməyib və Leverkuzen klubu 2:0 hesabı ilə qalib gəlib.
Mərhələnin digər oyununda “Olimpik” Marsel “Atalana” ilə üz-üzə gəlib. Canluka Skamakka 11-ci dəqiqədə yerli azarkeşləri məyus edib.  Çox keçmədən Marsel futbolçuları hesabda bərabərlik yaradıblar. Şansel Mbemba komandasını ümidləndirib. Lakin bundan sonra  görüşdə başqa qol olmayıb. “Olimpik” Marsel- “Atalanta” 1-1. Qeyd edək ki, yarımfinalın cavab matçları mayın 9-da keçiriləcək.  

CANLI YAYIM