Bu gün "Borussiya" ilə PSJ üz-üzə gələcək

1 May, 13:10 Sosial mediada paylaşın:
Bu gün UEFA Çempionlar liqasında yarımfinalın 2-ci matçı keçiriləcək. “Borussiya“ Dortmund Siqnal İduna Parkda „Pari Sen Jermen“lə üz-üzə gələcək. Komandalar qrup mərhəlsində də qarşılaşmış və Almaniya klubu heç bir oyunda qələbə qazana bilməmişdi. Meydan sahiblərinin heyətində Marsel Sabitzer və Mats Hummelsin bu görüşdə oynayıb-oynamayacağı bəlli deyil. Pari Sen Jermen isə optimal 11-liklə mübarizə aparacaq. Borussiyanın baş məşqçisi Edin Terziç istənilən nəticəyə hazır olduqlarını lakin ilk oyunda qələbə qazanmağa çalışacaqlarını bildirib: „Rəqib bizə tanışdır. Öz gücümüzə, potensialımıza inansaq və planımıza uyğun çıxış etsək lazımi nəticəni əldə edə bilərik. Sürətli oyun olacağını düşünürəm. Bu matçda da kifayət qədər qol imkanlarımız olacaq. Əvvəlcə öz meydanımızda daha sonra isə səfərdə qələbə qazanaraq finala çıxmaq bizim üçün ideal nəticə olardı. Hər oyun daha çox inkişaf edirik və bunu azarkeşlrimiz qarşısında da göstərməliyik. „
„Pari Sen-Jermen“in çalışdırıcısı Luis Enrike komandasının inamlı çıxış edəcəyinə inanır: „Yarımfinalda çıxış etmək həqiqətən də möhtəşəm hissdir. İndi isə qarşımızda daha ciddi tapşırıq var. Belə həyati matçlarda kim qələbəni daha çox istəyirsə o da bunu qazanır. Azarkeşləri bol qollu oyunun gözlədiyini deyə bilərəm. Parisdəki görüş daha həlledici olacaq“.
Qeyd edək ki, „Borusiya“ Dortmund – PSJ matçı bu gün saat 23:00-də başlanacaq. Oyunu Entoni Teylorun başçılığı altında ingiltərəli hakimlər briqadası idarə edəcək.

CANLI YAYIM