"Bayern" - "Real" oyununda qalib müəyyənləşmədi

1 May, 13:00 Sosial mediada paylaşın:
UEFA Çempionlar Liqasında yarımfinalın ilk oyunu olub. 
Yarışda ən çox qarşılaşan komandalar “Bayern” Münxen və “Real” Madrid 27-ci dəfə üz-üzə gəlib. Çempionlr Liqası klassikası da adlandırılan görüşə meydan sahibləri güclü hücumlarla başlasalar da, “Kral klubu” hesabl açlb. 24-cü dəqiqədə Toni Kroosun effektli ötürməsini Vinisius Junior lazımınca qiymətləndirib. İlk hissə minimal hesabla yekunlaşıb. Fasilədən sonra Münxen futbolçuları vəziyyəti xeyirlərinə dəyişiblər. 53-cü dəqiqədə Leroy Sane tarazlığı bərpa edib. Az sonra Lukas Vaskes cərimə meydançasında Camal Musialaya qarşı kobudluq etdiyinə görə “Real”ın qapısına penalti təyin olunub. Harri Keyn fürsəti qaçırmayıb. Lakin Tomas Tuxelin komandası qələbə hesabını sonadək qoruya bilməyib. Vaxtın yekunlaşmasına 7 dəqiqə qalmış bu dəfə “Bayern” penaltiylə cəzalanıb. Kim Min Ce cərimə meydançasında Rodriqonu yıxdığına görə meydan sahiblərinin qapısına 11 metrlik zərbə təyin edilib. Vinisius Junior dubl edərək yekun nəticəni müəyyənləşdirib: “Bayern” Münxen - “Real” Madrid 2:2. Komandalar arasında cavab oyunu mayın 8-i “Santyaqo Bernabeu”da keçirləcək. 

CANLI YAYIM