Azərbaycan çempionatında "play-off" mərhələsinə start verildi

1 May, 12:00 Sosial mediada paylaşın:
Kişi basketbolçuların Azərbaycan çempionatında "play-off" mərhələsinə start verilib. Sərhədçi İdman Mərkəzində keçirilən görüşdə "Xırdalan" "Neftçi"ni qəbul edib. Oyuna daha yaxşı başlayan nominal meydan sahibləri ilk perioddan təşəbbüsü ələ keçiriblər. Çətinliklə olsa da, sona qədər üstünlüyü qoruyan "Xırdalan" yekunda qələbə qazanıb - 80:75. Beləliklə, Uğur Özdemirin komandası seriyada 1:0 hesabı ilə önə çıxıb. Ksavye Bruer 18 xalla qarşılaşmanın ən məhsuldar basketbolçusu olub. "Neftçi"nin heyətində isə Alfonso Villis 15 xal, 10 ribaundla dabl-dabl edib.
"Xırdalan" və "Neftçi" arasında ikinci görüş sabah oynanılacaq. Bu gün isə "play-off"da "Xəzri" - "Sərhədçi" seriyasına start veriləcək. Qeyd edək ki, iki qələbə qazanan komandalar yarımfinala yüksələcəklər.

CANLI YAYIM