"Zirə" doğma meydanda "Araz Naxçıvan"a məğlub oldu

30 Aprel, 13:00 Sosial mediada paylaşın:
Misli Premyer Liqasında 32-ci tur başa çatıb.
Son oyunda “Zirə” doğma arenada “Araz Naxçıvan”ı qəbul edib. Son 9 turun 7-də uduzan və cəmi 2 xal əldə edən Naxçıvan təmsilçisi nəhayət uğursuzluğa son qoyub. Görüşün sonunda qol vuran İqor Ribeyro qonaqlara minimal hesablı qələbə qazandırıb. 9 oyundan sonra qalib gələn “Araz Naxçıvan” 35 xalla turnir cədvəlində 8-ci yerdədir. Komanda ən yaxın izləyicisi “Kəpəz”i 1 xal qabaqlayır. Autsayder “Qəbələ”nin 17 xalı var. Zirə isə 49 xalla 4-cü yerdədir. Komanda ən yaxşı top fərqinə görə eyni xala malik “Sabah”ı qabaqlayır. 2-ci və 3-cü pillələri bölüşən “Sumqayıt” və “Neftçi” isə bu iki klubdan cəmi 1 xal öndədir.

CANLI YAYIM