Şimali Lonon derbisində "Arsenal" qalib gəldi

29 Aprel, 13:15 Sosial mediada paylaşın:
İngiltərə çempionatının 35-ci turunda azarkeşlər Şimali London derbisi izləyiblər. “Tottenhem” doğma meydanda “Arsenal”la qarılaşıb. 15-ci dəqiqədə “topçular” hesabda önə keçiblər. Pyer Emil Höyberq avtoqol müəllifi olub. 12 dəqiqə sonra Bukayo Saka 2-ci topu meydan sahiblərinin qapısından keçirib. Fasilə ərəfəsində isə fərq 3 topa çatıb. Kay Havertz topu başla qapıdan keçirib. 2-ci yarıda “Totenhem” futbolçuları üstünlüyü artırıblar. 64-cü dəqiqədə Kristan Romero fərqi azaldıb. Oyunun sonunda “Arsenal”ın qapısına penalti təyin olunub. Kapitan Son Hyun Min hədəfdən yayınmayıb. Lakin meydan sahiblərinin bundan artığına gücü çatmayıb. Beləliklə 3:2 hesablı qələbə sayəsində xal ehtiyatını 80-ə yüksəldən Arsenal bir oyun çox keçirməklə yarış cədvəlində liderdir. “Tottenhem” isə 60 xalla 5-ci pillədə qərarlaşıb. 
“Mançester Siti” səfərdə “Nottingem Forest”lə qarşılaşıb. 32-ci dəqiqədə Yosko Qvardiolun qolu ilə şəhərlilər hesabı açıblar. 2-ci yarıda hücumlarını gücləndirən qonaqlar daha bir qol vurublar. 71-ci dəqiqədə Kevin de Brüynenin ötürməsindən sonra Erlinq Holand fərqlənib. Bu oyunda sonuncu yadda  qalan hadisə olub: “Nottingem Forest” – “Mançester Siti” 0:2. Mançester klubu 79 xalla 2-ci yerdədir. Hesabında 26 xal olan “Nottingem Forest” isə 17-cidir. 

CANLI YAYIM