Avropa çempionatında gimnastlarımız 2 qızıl və 1 gümüş medal qazanıb

6 Aprel, 09:00 Sosial mediada paylaşın:
Portuqaliyanın Gimarayş şəhərində batut gimnastikası, ikili-mini batut və tamblinq üzrə Avropa çempionatı keçirilir. Tamblinq üzrə milli komandamızın üzvləri Tofiq Əliyev, Mixail Malkin, Bilal Qurbanov və Adil Hacızadə komanda hesabında tarixi uğura nail olaraq qitə çempionu olublar. Bu, Avropa çempionatının komanda hesabında tamblinq üzrə gimnastlarımızın qazandığı ilk qızıl medaldır. Qeyd edək ki, Mixail Malkin ən yaxşı gimnast Adil Hseynzadə isə ən yaxşı məşqçi kimi mükafata layiq görülüb.
Batut gimnastikası üzrə milli komandamızın üzvləri Əli Niftəliyev və Ammar Baxşaliyev isə sinxron gənclər arasında qızıl medal qazanıblar.  Ayan Şabanova və Samirə Hüseynova isə sinxron proqramda  gənclər arasında gümüş medal əldə ediblər. Qeyd edək ki, bu, Azərbaycanın batut gimnastikası tarixində qadınlar arasında gənclərin sinxron proqramında qazanılan ilk gümüş mükafatdır.

CANLI YAYIM