Cüdo millimiz "Böyük Dəbilqə" turnirini 2 medalla başa vurdu

1 Aprel, 13:05 Sosial mediada paylaşın:
Türkiyədə "Böyük Dəbilqə" turniri başa çatıb. Antalyada keçirilən yarışın son günündə daha 3 cüdoçumuz tatamiyə çıxıb. Onlardan Vüqar Talıbov fəxri kürsüyə qalxa bilib. 90 kq-da çıxış edən idmançımız finala kimi inamla irəliləyib. Həlledici görüşde isə Yaponiya cüdoçusu ilə bacarmayan Vüqar Talıbov gümüş medalla kifayətlənib. Beleliklə komandamız yarışı 2 mükafatla başa vurub. Xatırladaq ki, turnirin əvvəlki günlərində Rəşid Məmmədəliyev də yalnız finalda uduzaraq gümüş medala layiq görülmüşdü. Əlavə edək ki, hər iki təmsilçimiz 700 reytinq xalı da eldə edib. 

CANLI YAYIM