Boksçumuz Nicat Hüseynov Olimpiadaya lisenziya qazandı

10 Mart, 10:00 Sosial mediada paylaşın:
 İtaliyada keçirilən boks üzrə 1-ci Dünya Olimpiya təsnifat turnirində mübarizə davam edir. 51 kq çəkidə yarışan təmsilçimiz Nicat Hüseynov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. İkiqat Avropa çempionu bu uğura turnirin 1/4 finalında Birləşmiş Ştatlar təmsilçisi Rosko Hillə qalib gəlməklə nail olub. Dünya çempionatının gümüş medalçısı olan amerikalı rəqibini 3:2 hesabı ilə məğlub edən yığmamızın üzvü yarımfinala yüksəlməklə 4 illiyin zirvə yarışına lisenziya əldə edib.
Bununla boks yığmamızın Paris-2024-ə qazandığı vəsiqələrin sayı 3-ə yüksəlib. Daha əvvəl III Avropa Oyunlarında Murad Allahverdiyev və Məhəmməd Abdullayev Olimpiadada iştirakını rəsmiləşdirmişdi.

CANLI YAYIM