Bakıda təşkil olunan batut gimnastikası və tamblinq üzrə Dünya kuboku turniri millimizin üçün uğurlu olub.
Milli Gimnastika Arenasımda təşkil olunan yarışın sonuncu günü final mərhələsi keçirilib. Tamblinq komandamızın lideri Mixail Malkin uğurlu çıxışı ilə karyerasında daha bir mükafat qazanıb. İkiqat dünya və Avropa çempionumuz Dünya Kubokunun qızıl medalına sahib olub. Yığmamızın daha bir üzvü Adil Hacızadə də mükafatçılar sırasına çıxıb. O, tamblinq yarışlarında fərqlənib. Hacızadə gümüş medala yiyələnib. batut gimnastikası və tamblinq üzrə Dünya kubokunda 33 ölkənin təmsilçiəri mübarizə aparıb. Turnir “İdman TV”də canlı yayımlanıb.
Gimnastika millimizin iki üzvü dünya kubokunda medal qazandı
24 Fevral, 12:05
Sosial mediada paylaşın: