Bəhreyndə yürüşlərə start verilib

22 Fevral, 12:20 Sosial mediada paylaşın:
Formula 1-də yeni mövsüm ərəfəsində test yarışlarına start verilib.
Bəhreynin məşhur Sahir trassında pilotlar bolidlərini sınaqdan keçirib. Günün ilk yarışında “Red Bull” pilotu Maks Ferstappen uğur qazanıb. 3 qat dünya çempionu trassda 66 dövrə vurub. “Ferrari” sürücüsü Şarl Lekler ikinci ən yaxşı nəticə göstərib. “Aston Martin”də çıxış edən Fernando Alonso 3-cü olub. Günün son yarışında isə nəticələr qismən dəyişib. Buna baxmayaraq, Ferstappen liderliyini əldən verməyib. 3 qat dünya çempionu ümumilikdə 142 dövrəni geridə qoyub. “Maklaren”dən Lando Norris 2-ci yerlə yadda qalıb. “Ferrari” pilotu Karlos Sayns isə 3-cülüklə kifayətlənib. Qeyd edək ki, test yarışlarına sabah yekun vurulacaq. Mövsümə isə martın 2-də elə Bəhreyndə start veriləcək. Ümumilikdə çempionat 24 Qran-pridən ibarət olacaq. Pilotlar son olaraq  dekabrın 8-də Əbu-Dəbidə qüvvələrini sınayacaq.  Azərbaycan Qran-prisinin final mərhələsi isə sentyabrın 15-də keçiriləcək. Xatıaladaq ki, ötən mövsüm “Red Bull” pilotu Maks Ferstappen ardıcıl 3-cü dəfə dünya çempionu olmuşdu.

CANLI YAYIM