Cüdo millimiz "Böyük Dəbilqə" turnirində komanda hesabında 1-ci oldu

19 Fevral, 12:00 Sosial mediada paylaşın:
Bakıda cüdoçuların “Böyük Dəbilqə” seriyasından yarışına yekun vurulub. Milli Gimnastika Arenasında keçirilən mötəbər turnirin sonuncu günündə 8 idmançımız bacarığını göstərib. Onlardan 3-ü fəxri kürsüyə qalxıb. 90 kq-da Murad Fətiyev çempionluq sevinci yaşaylb. O, Belçika, Gürcüstan, Niderland və Kuba nümayəndələrindən üstün olaraq finala yüksəlib. Fətiyev həlledici qarşılaşmada macarlstanlı Kristian Totu məğlubiyyətə uğradaraq karyerasında ilk dəfə “böyük dəbilqə” yarışında qızıl medal qazanlb. 
Eyni çəkidə Vüqar Talıbov bürünc mükafatın sahibi olub. O, 3-cü yer uğrunda qarşılaşmada fransalı Aleksis Metyuya qalib gələrək bürünc medala yiyələnib. 
Ən ağır çəkidə Camal Qamzatxanov final görüşünə çıxıb. Millimizin üzvü Tacikistan, İtaliya, Braziliya və Niderland atletlərinə qalib gələrək finala yüksəlib. Lakin həlledici  görüşdə rusiyakı rəqibinə uduzaraq gümüş medalla kifayətlənib. 
Beləliklə 36 cüdoçuyla təmsil olunan komandamız paytaxtımlzın ev sahibliyi etdiyi “böyük dəbilqə” yarışını 3-ü qızıl, ikisi gümüş, 3-ü bürünc olmaqla, 8 medalla tamamlayıb. Bunubla millimiz komanda hesabında lider olub. Seçməmiz ilk 3-lükdə Fransa və Kanada kollektivlərini qabaqlayıb. 

CANLI YAYIM