"Peruca" ardıcıl 2-ci dəfə dünya çempionu oldu

11 Dekabr, 13:15 Sosial mediada paylaşın:
Hindistanın Banqalor şəhərində voleybol üzrə klublar arasında dünya çempionatı başa çatıb. 
Həlledici görüşdə İtaliyanın “Peruca” klubu ilə Braziliyanın “Minas” komandası üz-üzə gəlib. İlk setdə rəqibini 25:13 hesabı ilə məğlub edən avropalılar digər iki hissədə də üstün oyun nümayiş etdirib – 25:21, 25:19.  Nəticədə “Minas”ı 3:0 hesabı ilə məğlub edən “Peruca” tarixində ikinci dəfə dünya çempionatının qalibi olub. Bu komanda ötən mövsüm həlledici görüşdə digər İtaliya təmsilçisi “Trentino”nu məğlub etmişdi. Əlavə edək ki, “Trentino” 5 çempionluqla bu turnirdə ən yüksək göstəriciyə malikdir.  Ümumiyyətlə İtaliya komandaları 12 dəfə bu turnirin qalibi olmaqla rekord müəyyənləşdirib.  Ümumiyyətlə 2018-ci ildən etibarən, italyalılar yalnız 1 dəfə fəxri kürsünün üst pilləsinə qalxmayıblar.  Belə ki, 2021-ci ildə “Braziliya”nın “Sada Kruzeyro” komandası həlleici görüşdə İtaliyanın “Lube Çivitanova” kollektivini məğıub etmişdi. Bu dünya çempionatında 3-cü yer uğrunda görüşdə isə Yaponiyanın “Santori Sandbörs” komandası uğur qazanıb.  Gündoğar ölkənin nümayəndələri  Türkiyənin “Halkbank” klubuna ilk iki setdə məğlub olsa da, əzmkarlıq nümayiş etdiriblər.  Beləliklə də, tarixdə ilk dəfə Yaponiya komadası bu turnirdə medalçılar sırasında yer alıb.

CANLI YAYIM