Güləşçilərimiz mundialda daha 5 medal qazanıb

1 Dekabr, 11:15 Sosial mediada paylaşın:
Azərbaycanın daha 5 güləşçisi Bakıda keçirilən hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatında medal qazanıb.
Qadınların yarışında Ruzanna Məmmədova,  kişilərdə isə Orxan Abbasov bütün rəqiblərinə qalib gələrək çempion olublar. Ceyhun Allahverdiyev gümüş medalla kifayətlənib. Qadınlıarda Gültəkin Şirinova, kişilərdə isə Fərid Cabbarov bürünc medal əldə edib. Xatirladaq ki, Azərbaycan güləşçiləri mundialın ilk günündə 4 qızıl, 1 gümüş və 1 bürünc medal qazanmışdılar. Əli Rəhimzadə, Hacı Əliyev  Turan Bayramov və İbrahim Yusubov  fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı. Elnurə Məmmədova  ikinci, Nərgiz Səmədova isə üçüncü olmuşdu

CANLI YAYIM