Kişi voleybolçulardan ibarət “Xarı bülbül” Şuşa klubu Çağırış kubokunun 1/32 final mərhələsində ilk oyununu keçirib.
Təmsilçimizin rəqibi Slovakiyanın “Spartak Miyava” klubu olub. İlk setdə 25:23 hesabilə üstün olan Şuşa klubu 2-ci hissəni də aktivinə yazdırıb – 25:21. 3-cü bölüm isə gərgin mübarizə şəraitində keçib. Yekunda 27:25 hesabilə qalib gələn “Xarı bülbül” komandası Çağırış Kubokuna inamlı qələbə ilə başlayıb. Qeyd edək ki, tərəflərin razılığına əsasən cavab qarşılaşması da Bakıda keçiriləcək. Görüş bu gün saat 18:00-da start götürəcək.