Bolqarıstanın Varna şəhərində keçirilən akrobatika gimnastikası üzrə 31-ci Avropa çempionatında uğurla çıxış etmiş Azərbaycan millisinin üzvləri vətənə qayıdıblar. İdmançılarımızı hava limanında ailə üzvləri, azarkeşlər və media nümayəndələri qarşılayıb. Komandamızın üzvləri yarışla bağlı təəssüratlarını bölüşüblər.
Ağasif Rəhimov, Avropa çempionu: “Yarış istədiyimiz keçdi. Rəqib komandaların güclü olmasına baxmayaraq, qalib olacağımıza inanırdıq. Yarışdan qalib ayrılmaq üçün əlimizdən gələni etdik və olduq. Xallarımız yüksək idi, hər kəsdən çox irəlidə olduq. 2021-ci ildəki Avropa çempionatında cüzi fərqlə ikinci olmağımızdan dərs çıxardaraq maksimum xal topladıq”.
Qeyd edək ki, Nəzrin Zeyniyeva, Zəhra Rəşidova və Anahita Bashiridən ibarət qadın qrupu, eləcə də Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük balans hərəkətlərində qızıl medal qazanıb. Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü isə temp hərəkətlərində fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yığmamızın üzvləri ümumilikdə yarışı 7 qızıl və 2 gümüş medalla başa vurublar.
Avropa çempionatında uğur qazanan gimnastlarımız vətənə qayıtdı
24 Oktyabr, 11:00
Sosial mediada paylaşın: