Rumıniyada yeniyetmə bədii gimnastların 2-ci dünya birinciliyi yekunlaşıb.
Azərbaycan seçməsi mötəbər yarışın sonuncu günü daha 2 növdə medal qazanıb. Mədinə Aslanova, İlahə Bahadırova, Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Zöhrə Cəfərova və Ayan Sadıxovadan ibarət komandamız finalda qrup şəklində ip və topla bacarığını göstərib. İplə hərəkətlərə görə 29, topla hərəkətlərdə isə 30,150 xal əldə edən seçməmiz hər 2 növdə bürünc medala sahib olub. Xatırladaq ki, komandamız çoxnövçülükdə də eyni əyyarda mükafat qazanmışdı. Beləliklə yeniyetmə bədii gimnastlarımız 2-ci dünya birinciliyini 3 bürünc medalla başa vurublar.
Yeniyetmə gimnastlarımız dünya çempionatını 3 medalla tamamladı
10 İyul, 12:00
Sosial mediada paylaşın: