Dünya çempionatında 3 boksçumuz mübarizəni dayandırdı

10 May, 12:10 Sosial mediada paylaşın:
Özbəkistanda boks üzrə dünya çempionatında 1/8 final mərhələsinin qarşılaşmaları keçirilir. Yarışların 9-cu günündə rinqə çıxan hər 3 boksçumuz mərhələ adlaya bilməyib. 51 kq-da Məsud Yusifzadə zambiyalı Patrik Çinyenba ilə qarşılaşıb. Görüş afrikalı idmançının üstünlüyü ilə bitib.
54 kqda Nicat Hüseynov 1/8 finalda venesuela idmançısı Yoel Sequndo Finol ilə görüşüb. Boksçumuz rəqibi ilə bacarmayıb və mübarizəni dayandırıb.
67 kqda çıxış edən Nəbi İsgəndərov da ehtimalları doğrultmayıb. O, rusiyalı Tarxan İdiqova uduzub. Beləliklə hər 3 boksçumuz 1/8 finalda çıxışını başa vurub. Bununla da mundialda mübarizəni davam etdirən 2 təmsilçimiz qalıb. Xatırladaq ki, dünya çempionatı “İdman TV” ilə canlı yayımlanır.

CANLI YAYIM