Kişi voleybolçular arasında Yüksək Liqada yarımfinal oyunları başlanıb. Mərhələnin maraqla gözlənilən qarşılaşması “Xarı bülbül” və “Neftçi” komandaları arasında olub. Görüşə fəal başlaayn Şuşa voeybolçuları ilk setdə 25-22 hesabı ilə üsütn olublar. Çempuionatın debütantı ikinci hissəni də xeyirləri başa vurub. Bu dəfə “Xarı bülbül” 8 xallıq fərqlə qalib gəlib. 3-cü hissədə toparalanan “Neftçi” voleybolçuları rəqiblərini 25-21 hesabı ilə məğlub ediblər. Lakin paytaxt təmsilçisinin bundan artığıan gücü çatmayıb. Əvəzində “Xarı bülbül” daha bir setdə qələbə qazanaraq yekunda 3-1 hesabı ilə qalib gəliblər.
Yarımfinalın digər oyununda isə “Murov” MOİK-ə qalib gəlib. Hazırkı çempion hər 3 setdə üsütn olub. 25:20, 25:18 və 25:14. Xatırladaq ki, yarımfinalda iki qəlbəə qazanan komanda finala yüksələcək. Həlledici mərhələdə isə qalib 3 qələbədən sonra müəyyənləşəcək.