"Beşiktaş" Musa Qurbanlı ilə maraqlanır

17 Yanvar, 14:07 Sosial mediada paylaşın:
Türkiyənin "Beşiktaş" klubu "Qarabağ"ın futbolçusu Musa Qurbanlı ilə maraqlanır.
"Fotomac" qəzetinin yazdığına görə İstanbul təmsilçisinin baş məşqçisi Önder Karaveli 20 yaşlı hücumçunu istəyir. 48 yaşlı mütəxəssisin klub rəhbərliyindən icazə alaraq, "Qarabağ" rəsmiləri ilə görüşdüyü də iddia olunur. Qeyd edək ki, Önder Karaveli 2020-ci ilin yanvarından 2021-ci ilin iyununadək "Qarabağ" klubunun akademiyasının koordinatoru Tacettin Doğanın köməkçisi olub. Musa Qurbanlı cari mövsüm Azərbaycan Premyer Liqasında 6 qol və 4 məhsuldar ötürmə ilə ən çox fərqlənən yerli oyunçudur. O, komandanın baş məşqçisi Qurban Qurbanovun oğludur.

CANLI YAYIM