“Sumqayıt”ın yeni baş məşqçisinin müəyyənləşib. Aleksey Baqa ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verən «kimyaçılar» Samir Abasovla təkrar görüşərək razılıq əldə edib. Mayda «Neftçi»dən ayrılan mütəxəssis vaxtilə çalışdırdığı «gənclik şəhəri» təmsilçisi ilə yaxın günlərdə rəsmi müqavilə bağlayacaq. 2014-2018-ci illərdə komandanın başında dayanmış Abasovla uzunmüddətli anlaşma əldə olunub. Qeyd edək ki, “Sumqayıt” Abasovdan başqa Georgi Tsxadadze və “Keşlə”nin sabiq baş məşqçisi Yuri Maksimovla da danışıq aparsa da, tərəflər ortaq məxrəcə gələ bilməmişdilər