İtaliya A seriyasında 6-cı tura bir oyunla yekun vurulub.
Turun bağlanış görüşündə aşağı sıralarda yer alan “Empoli” çempionluğa iddialı “Roma”nı qəbul edib. Gözlənildiyi kimi matçda hesabı “Roma” açıb. 17-ci dəqiqədə Paulo Dibala topla dəqiq oynayıb. Lakin bir qədər sonra meydan sahibləri Filippo Bandinellinin qolu ilə tarazlığı bərpa ediblər. Buna baxmayaraq, daha istəkli olan canavarlar 71-ci dəqiqədə yenidən hesabda önə keçib. Tammy Abraham komandasına qələbə qazandıran topu rəqib qapısından keçirib: “Empoli” – Roma” 1:2
Turnir cədvəlinə akticində 14 xalı olan “Napoli” başçılıq edir. Qələbə sayəsində xallarını 13-ə çatddıran “Roma” 5-ci, 4 xalı olan “Empoli” isə 16-cı pillədə yer alır.