UEFA Çempionlar Liqasında qrup mərhələsinin ilk oyunları yekunlaşıb. Diqqət çəkən oyunlardan biri A qrupunda “Napoli” və “Liverpul” arasında olub. Neapol futbolçuları erkən qolla hesabı açıblar. 5-ci dəqiqərə Pyotr Zelinski 11 metrlik zərbəni dəqiq yerinə yetirib. Çox keçmədən “qırmızılar”ın qapısına daha bir penalti təyin olunub. Lakin bu dəfə Viktor Osimhenin zərbəsindən sonra Alisson topu dəf edib. Buna baxmayaraq Luçano Spallettinin komandası fasiləyə kimi daha 2 qoı vurub. 31-ci dəqiqədə Andre Zambo Angissa fərqi arıtıb. 44-cü dəqiqədə isə Xviça Kvaratsxeliyanın ötürməsindən sonra Covanni Simeone yeni komandasında qol hesabını açıb. Fasilədən dərhaı sonra meydan sahibləri 4-cü topu “Liverpul”un qapısından keçiriblər. Pyotr Zelinski dubı edib. Mersisayd klubu qollardan yalnız birinin əvəzini çıxa bilib. 49-cu dəqiqədə Luis Dias matçda yelun nəticəni müəyyəbləşdirib: “Napoli” – “Liverpul”  4:1 

“Ayaks” isə “Reyncers”in qapısından 4 top keçirib.  1-ci hissədə Edson Alvares, Stiven Bergveyn və Məhəmməd Kudus fərqlənib. 80-ci dəqiqədə isə Stiven Berqveyn son nöqtəni qoyub. 

B qrupunda “Atletiko” – “Portu” qarşılaşması maraqlı məzmunu ilə diqqət çəkib. Görüşdə bütün maraqlı hadisələr sona yaxın baş verib. Əvvəlcə, 81-ci dəqiqədə qonaqlardan Mehdi Taremi qırmızı vərəqəylə cəzalananıb.  Say üstünlüyü qazanan “Atletiko” 2-ci hissəyə artırılan 1-ci dəqiqədə Mario Hermoso sayəsində önə çıxsa da, 5 dəqiqə sonra “Portu”nun heyətində Mateus Uribe penaıtini dəqiq yerinə yetirərək tarazlığı bərpa edib. Madrid klubu final fitinə saniyələr qalmış qələbə qolunu vurub. Antuan Qrizman “Atletiko”ya “Portu” ilə matçda 2:1 hesablı qələbə qazandırıb. 

B qrupunda “Brügge” – “Bayer” görüşünün taleyini isə 1 qol həll edib. 42-ci dəqiqədə Abakar Silla fərqlənərək meydan sahiblərinə minimal hesablı qələbə qazandırıb.