Bu gün Azərbaycan çempionu “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyuna çıxır. Ardıcıl 9-cu mövsüm avrokubokların qrup yarışında mübarizə aparan “köhlən atlar” Almaniyada “Frayburq”un qonağı olacaq. Komandamızın heyətində Kevin Medinanın yoxluğu qeyd olunmalıdır. Kolumbiyalı müdafiəçi zədəlidir, meydan sahiblərindən isə Rolland Şallai eyni səbəbdən oynaya bilməyəcək. “Frayburq”un bundesliqada lider mövqeyində olması qarşılaşmaya marağı artıran əsas amillərdəndir. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov çətin rəqiblə görüşəcəklərini deyib: "Frayburq" çox maraqlı komandadır. Ciddi rəqiblə qarşılaşacağıq. İstəkli və həvəsliyik. Yaxşı mübarizə aparmaq niyyətindəyik. İstədiklərimizi gerçəkləşdirməyə çalışacağıq. Futbolçulara inanıram. Azarkeşləri maraqlı matç gözləyir".
Frayburqa rəhbərlik edən Krisrian Ştrayx abrokuboklarda böyük təcrübəsi olan komandaya qarşı mübarizə aparacaqlarını bildirib: “Biz bütün yarışlara eyni ciddiliklə yanaşırıq. Avropa liüasında da uğurla çıxış etmək niyyətindəyik. Qeup mərhələsinin iık görüşündə Qaeabağa qaeşı oynayacağımız üçün sevinirəm, çünki rəqibimizin Avropa arenasında böyük təcrübəsi var. Ona görə də gərgin mübarizə gözləyirəm. qrup yarışına 3 xalla başlamaq üçün əlimizdən gələni edəcəyik.
Belçikalı Erik Lambrextsin idarə edəcəyi “Frayburq” – “Qarabağ” oyunu bu gün saat 23:00-də başlanacaq. G qrupunun digər görüşündə “Nant” Fransada “Olimpiakos”u qəbyl edəcək.