Amerika Birləşmiş Ştatlarının Sent-Luis şəhərində “Grand Çes Tur” seriyasının həlledici yarışı davam edir.

Qrosmeysterimiz Şəhriyar Məmmədyarov 3-cü turda fransalı Maksim Vaşye-Laqravla üz-üzə gəlib. Şahmatçımız rəqibilə xalı yarı bölüb. Hazırda Amerika Birləşmiş Ştatlarını təmsil edən Hans Niman 2 xal yarımla ümumi cədvələ başçılıq edir. 3 turdan 1 xal toplayan Şəhriyar Məmmədyarov isə daha 3 şahmatçı ilə 8-10-cu yerləri bölüşür. Sentyabrın 12-dək davam edəcək Sinkfild kuboku yarışının ümumi mükafat fondu 350 min dollardır. Qalib qrosmeyster 100 min dollar əldə edəcək.