Türkiyə çempionatında 4-cü tur yekunlaşıb.
Bu mövsüm çempionluğa iddialı kollektivlərdən “Beştiktaş” “Sivasspor”u qəbul edib. Oyuna güclü hücumlarla başlayan ağ-qaralar matçın taleyini ilk hissədəcə həll ediblər. 11-ci dəqiqədə Cekson Muleka hesabı açıb. Bir qədər sonra “qara-qartal” Vaut Veqortsun qolu ilə üstünlüyü iki topa çatıdırıb. Hissənin sonuna yaxın Muleka özünün ikinci, komandasının üçüncü qolunu vurub. Qonaqlar yalnız 1 təsəlli qolu ilə kifayətləniblər. Dia Saba yekun nəticəni müəyyənləşdirib: “Beşiktaş” – “Sivasspor” 3-1
Günün sürpriz nəticəsi isə Konyada qeydə alınıb. Şəhərin eyni adlı klubu “Fənərbağça”nı qəbul edib. Maraqlı mübarizə şəraitində keçən matçın 22-ci dəqiqəsində qonaqların futbolçusu Ener Valensiya qırımızı vərəqəylə cəzalanıb. 56-cı dəqiqədə isə meydan sahiblərindən Adil Dəmirbağa ikinci dəfə sarı vərəqə göstərilib. Hər 2 komandanın 10 nəfərlə qaldığı qarşılaşmanın 66-cı dəqiqəsində hesab açılıb. Məhəmməd Dəmir fərqlənərək “Konyaspor”a vacib 3 xal qazandırıb. Qalan vaxtda qonaqların bütün cəhdlərinə baxmayaraq hesab dəyişməyib: “Konyaspor” – “Fənərbağça” 1:0