İspaniya La Liqasının 3-cü turunda “Valensiya” “Atletiko”nu qəbul edib. Gərgin mübarizənin birinci hissəsində hesab açılmayıb. Matçın taleyini həll edən qol 66-cı dəqiqəsinə təsadüf edib. Antuan Qrizman “Atletiko”ya 3 xal qazandıran qolun müəllifi olub.

“Kadis” – “Atletik” oyununda isə qonaqlar inamlı qələbəyə seviniblər. 24-cü dəqiqədə İnyaki Vilyams hesabı açıb. Çox keçmədən qanalı futbolçu dubl etməyə yaxın olsa da, penalti zərbəsindən yararlana bilməyib. İlk hissə minimal hesabla başa çatıb. Fasilədən sonra qonaqlar rəqibi daha 3 dəfə cəzalandırıblar. 56-cı dəqiqədə Qorka Quruseta fərqi artırıb. 78-ci dəqiqədə Aleks Berenger diqqət mərkəzinə düşüb. 2-ci hissəyə artırılan 3-cü dəqiqədə Quruseta dubl edərək son nöqtəni qoyub: “Kadis” – “Atletik” 0:4.