Amerika Birləşmiş Ştatlarının Sent-Luis şəhərində şahmatçıların “Qrand Chess Tour” yarışının 4-cü mərhələsi davam edir.

Turnirin 4-cü günündə qrosmeysterlər blits növü üzrə mübarizəyə start veriblər. Şəhriyar Məmmədyarov fransalı Maksim Vaşye-Laqrav, amerikalı Lenyer Dominges və Semuel Şenklendi məğlubiyyətə uğradıb. 2 qarşılaşmada rəqibləri ilə xalı yarı bölən Məmmədyarov digər 4 görüşdə uduzub. Hazırda Şəhriyar 13 xalla 8-cidir. Sent Luis yarışına bu gün yekun vurulacaq. Qeyd edək ki, ümumi mükafat fondu 175 min dollar olan turnirin qalibi 40 min dollar əldə edəcək.