“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində rəqibləri müəyyənləşib. Istanbulda keçirilən püşkatma mərasimində Ağdam klubunun “Olimpiakos”, “Frayburq” və “Nant”la birgə G qrupunda mübarizə aparacağı bəlli olub. Qeyd edək ki, “Qarabağ” ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.
Püşkatma mərasimində Türkiyə klublarının rəqibləri də müəyyənləşib. “Fənərbağça”, “Dinamo” Kiyev, “Renn”, AEK-lə B qrupunda mübarizə aparacaq. Türkiyə çempionu “Trabzonspor” isə H qrupunda “Srvena Zvezda”, “Monako” və “Ferentsvaroş”la çıxış edəcək.