Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün Amerika Birləşmiş Ştatlarının Sent Luis şəhərində "Grand Chess Tour"un 4-cü mərhələsində mübarizəyə başlayacaq.

Qrossmeyster yarışın birinci turunda Alireza Firuzca ilə, ikinci turda Levon Aronyanla, üçüncü turda isə Maksim Vaşye-Laqravla üz-üzə gələcək.  10 şahmatçının qatıldığı turnirdə iştirakçılar avqustun 28-dək rapid, növbəti iki gündə isə blits növündə çıxış edəcəklər.  Mükafat fondu 175 min dollar olan "Grand Chess Tour"un 4-cü mərhələsi avqustun 30-da yekunlaşacaq.