Praqada qadın şahmatçıların Avropa çempionatında 5-cü tur başa çatıb.

Bu tur millimizin liderləri Günay Məmmədzadə və Gülnar Məmmədova qarşılaşıb. Qrossmeystrlərimiz heç-heçəyə razılaşıblar. Komandamızın digər üzvlərinin duelində isə Xanım Balacayeva Səbinə İbrahimovaya qalib gəlib. Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva rəqibləri xalı yarı bölüb. Ləman Hacıyeva isə polşalı şahmatçı ilə bacarmayıb. 5 turdan sonra hesabında 4 xalı olan Günay Məmmədzadə 3-cü, Gülnar Məmmədova 5-ci, Ülviyyə Fətəliyeva isə 7-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə 4 xal yarımla polşalı Soçko Monika başçılıq edir.  İsveçrə sistemi üzrə keçirilən qitə çempionatı avqustun 31-dək davam edəcək.