İtaliya A seriyasının 2-ci turuna yekun vurulub. “Roma” öz meydanında elitaya qayıdan “Kremoneze” ilə üz-üzə gəlib.

1-ci hissədə paytaxt futbolçularının çoxşaylı hücumları nəticə verməyib. Fasilədən sonra qonaqlar vəziyyəti nisbətən bərabərləşdirsələr də, qapılarında qol görüblər. 65-ci dəqiqədə Kris Smollinq künc nöqtəsindən ötürülənn topu qapıdan keçirib. Qalan vaxtda “Kremoneze” futbolçuları bir neçə epizodda tarazlığı bərpa etməyə yaxın olsalar da, fərqlənə bilməyiblər. Beləliklə “Roma” sərfəli hesabı sonadək qoruyaraq qalib gəlib.

İlk turda öz meydanında “Sassuolo”nun qapısından 3 cavabsız top keçirən “Yuventus” isə Genuya səfərində 1 xalla kifayətlənib. “Byankoneri” “Sampdoriya”nın müqavimətini qıra bilməyib. 90 dəqiqə ərzində hesab açılmayıb.