Praqada qadın şahmatçıların Avropa çempionatında üçüncü tur başa çatıb.
Millimizin liderlərindən olan Günay Məmmədzadə uğurulu seriyanı davam etdirir. Qrossmeystrimiz bu dəfə ukraynalı İnna Qaponenkoya qalib gəlib. Komandamızın digər üzvlərindən Gülnar Məmmədova serbiyalı Yovanna Eriki, Xanım Balacayeva ukraynalı Mariça Çıryulnikı, Sabina İbrahimova isə almaniyalı Luiza Başilinanı məğlub edib. Ülviyyə Fətəliyeva , Gövhər Beydullayeva və Ləman Hacıyeva rəqibləri ilə xalı yarı bölüb. 3 turdan sonra Günay Məmmədzadə, gürcüstanlı Caqnidze və ukraynalı Malçevskaya maksimum nəticə ilə ilə liderlər qrupunda qərarlaşıblar. Xatırladaq ki, İsveçrə sistemi üzrə keçirilən qitə çempionatının qalibi avqustun 31-də müəyyənləşəcək.