İspaniya çempionatında  2-ci turun oyunları davam edir.  Favoritlərdən sayılan “Barselona” səfərdə “Real Sosyedad”ın qonağı olub.  Matçda hesab erkən açılıb. Komandanın yeni transferlərindən Robert Levandovski  artıq 45-ci saniyədə rəqibi oyuna mərkəzdən başlamağa məcbur edib. 5 dəqiqə sonra meydan sahibləri Aleksandr İsak sayəsində tarazlığı bərpa ediblər.  Ancaq bu San Sebastyan klubunun oyunda vurduğu sonuncu qol olub. 66-cı dəqiqədə Osman Dembele komandasını önə keçirib.  2 dəqiqə sonra Levandovski dubl edərək komandasının üstünlüyünü iki topa çatdırıb. Qarşılaşmada son nöqtəni isə katalonların gənc futbolçusu Ansu Fati qoyub: “Real Sosyedad” – “Barselona” 1:4.

Günün maraqlı qarşılaşmalarından daha biri “Atletiko Madrid” və “Vilyareal” kollektivləri arasında olub.  Unay Emerinin rəhbərliyi altında inamlı oyunu ilə seçilən “Vilyareal” çempionatın ikinci görüşündə də azarkeşlərini sevindirib.  73-cü dəqiqədə Eremi Pino rəqibi cəzalandırıb.  2-ci hissəyə artıaılan 7-ci dəqiqədə isə Xerar Moreno oyunda son nöqtəni qoyub: “Atletiko” – “Vilyarreal” 0:2.

 “Atletik Bilbao” – “Valensiya” görüşündə isə azarkeşlər yalnız 1 qol görüblər. 42-ci dəqiqədə Aleks Berenqer  Baskoniya klubuna qələbə qazandırıb.

2 turdan sonra “Vilyareal”, “Real Madrid”, “Betis” və “Osasuna”  6 xalla yarış cədvəlində irəlidə gedirlər.