İngiltərə premyer liqasında 3-cü tura yekun vurulub.

“Çelsi” səfərdə “Lids”lə qarşılaşıb. Görüşdə hesabı 33-cü dəqiqədə meydan sahibləri açıblar. Brendon Erenson qapıçı Eduar Mendinin səhvindən lazımınca yararlanıb. Bu qolla o, premyer liqanın tarixinə düşüb. Brendon Erenson amerikalı futbolçu kimi amerikalı mütəxəssisin rəhbərliyi altında İngiltərədə qol vuran ilk oyunçu olub. 4 dəqiqə sonra Rodriqo fərqi artırıb. 2-ci yarı da “Lids”in üstünlüyü şəraitində keçib. 69-cu dəqiqədə Cek Harison 3-cu topu London klubunun qapısından keçirib. Oyunun sonuna yaxın Kalidu Kulibali ikinci dəfə sarı vərəqəylə cəzalanaraq komandasını azlıqda qoyub: “Lids” – “Çelsi” 3-0.  3 turdan sonra “Lids”  7 xalla 4-cü pillədə qərarlaşıb. “Çelsi”nin hesabında isə 4 xal var.

Turun digər oyununda “Nyukasl” azarkeşləri önündə “Mançester Siti” ilə üz-üzə gəlib. Qarşılaşma 3:3 hesabilə yekunlaşıb. Qonaqların heyətində İlkay Gündoğan, Erlinq Haland və Bernardo Silva Fərqlənib. Nyukaslın qollarını isə Migel Almiron, Kalum Vilson və Kiran Trippyer vurub. “Mançester Sit”i 7 xalla 2-cidir. “Nyukasl”ın hesabında isə 5 xal var. Yarış cədvəlinə 3 oyundan 9 xal toplayan “Arsenal” başçılıq edir.