İtaliyanın “Napoli” kollektivi Dieqo Simeonenin oğlu Covanni Simeoneni heyətinə cəlb edib.

 “Verona”da çıxış edən futbolu ilkin razılığa əsasən mövsümün sonunadək “Napoli”nin şərəfini qoruyacaq. 27 yaşlı hücumçu özünü yaxşı tərəfdən göstərəcəyi təqdirdə onunla müqavilə yenilənəcək.

Qeyd edək ki, argentinalı forvard ötən mövsüm "Verona"nın heyətində 35 oyuna çıxıb, 17 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.