Son zamanlar adı bir çox klubla hallanan portuqaliyalı futbolçu Kriştianu Ronaldu karyerasını ölkəsində davam etdirə bilər. 

İngiltərənin Mançester Yunayted klubunda forma geyinən futbolçunu “Sportinq” kollektivi heyətinə qatmağda israrlıdır. Belə ki, İngiltərə mediasının verdiyi xəbərə görə Lissabon təmsilçisinin idman direktoru Uqu Viana 37 yaşlı hücumçu və onun nümayəndələri ilə əlaqə saxlayıb. Viana bildirib ki, UEFA Çempionlar Liqasının qrup mərhələsində iştirak edən Sportinq” üçün Ronaldu kimi təcrübəli futbolçunun keçidi çox önəmlidir.

“Sportinq”in yetirməsi olan Kriştianu Ronaldunun "Mançester Yunayted"lə 2023-cü ilin yayınadək müqaviləsi var.