İyunun 9-dan yeni mövsümün hazırlığına başlayan “Qarabağ” Bakıdakı təlim-məşq toplanışını başa vurub.
"Köhlən atlar" hazırlıq prosesinin ikinci mərhələsi üçün ötən gecə Avstriyaya yollanıb. Ağdam təmsilçisi sözügedən ölkədə 3 yoxlama oyunu keçirməyi planlaşdırır. Hələlik rəqiblərin adları bəlli deyil. Qeyd edək ki, 2022/2023 mövsümündə Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" I təsnifat mərhələsində Polşa "Lex"i ilə qarşılaşacaq.