UEFA Millətlər Liqasında A divizionunda qrup mərhələsinin 3-cü turunun 2 oyunu olub.
Portuqaliya seçməsi Lissabonda Çexiya komandasına 2:0 hesabı ilə qalib gəlib. Hər iki qol 1-ci hissəlyə təsadüf edib. Joau Kanselu və Qonsalo Quedeş fərqlənib. Bu nəticə ilə portuqlaiya komandası 7 xalla qrupun vahid lideri olub. 4 xalda qalan Çexiya seçməsi 2-ci pilləyə geriləyib. Paralel keçirilən qarşılaşmada İspaniya futbolçuları İsveçrdədə yerli komandaya minial hesabla qalib gəlməklə 5 xalla 2-ci pilləyə yüksəliblər. Pablo Sarabianən vurduğu qol İspaniya millisinə turnirdə ilk qələbəni qazanıdırıb. İsveçrəlilər isə hər 3 görüşdə uduzmaqla diqqət çəkiblər. Növbəti turda İsveçrə - Portuqaliya və İspaniya – Çexiya oyunları olacaq.