“Sabah” heyətinə yeni legioner cəlb etməyə hazırlaşır.

Paytaxt klubu ispaniyalı yarımmüdafiəçi Pablo Alvareslə anlaşıb. 25 yaşlı futbolçunun tezliklə “Sabah”la yeni müqavilə bağlaması gözlənilir. Pablo Alvares “Vilyarreal”ın yetirməsidir. O, bu klubun C komandasında çıxış etsə də, əsas komandaya yüksələ bilməyib. Geridə qalan mövsümdə isə Alvares Bolqarıstanın “Çerno More” komandasının uğurları üçün çalışıb. Futbolçu bu komandada meydana çıxdığı 43 oyunda 8 qola imza atıb.