Konfrans Liqasında mübarizə aparacaq “Qəbələ” də heyətində təmizləmə işləri aparır.

Rəhbərlik braziliyalı hücumçu Patrik Robsonun xidmətindən imtina edə bilər. Buna səbəb futbolçunun istənilən oyunu göstərə bilməməsidir. Hazırda “Qəbələ” hücum xəttinə yeni oyunçu axtarır. Əgər komanda yeni hücumçu ilə anlaşsa, o zaman Patrik Robson müqavilə ilə məxsus olduğu Avstriyanın “Admira Vakker” klubuna qayıdacaq.