Növbəti mövsüm Premyer Liqada iştirak edəcək komandalardan olan "Kəpəz" artıq transfer çalışmalarına start verib.

 Yaşar Vahabzadənin baş məşqçisi olduğu klub hücum xəttini gücləndirmək üçün "Qəbələ"nin forvardına ehtiyac duyub. Gəncə təmsilçisi ötən mövsüm "Qəbələ"nin heyətindəki performansı ilə diqqətləri çəkən Ülvi İsgəndərovu heyətinə cəlb etmək niyyətindədir. “Qəbələ” isə futbolçusunu buraxmaq niyyətində deyil. Hazırda tərəflər arasında danışıqlar gedir.