“Kəpəz”in yarımmüdafiəçisi Nicat Süleymanov xarici klubların maraq dairəsinə düşüb.

23 yaşlı oyunçuya Macarıstanın “Vaşaş” və Xorvatiyanın “Hrvatski Draqovolats” klubları maraq göstərir. “Vaşaş” Macarıstanın ən qədim klublarından biridir. “Hrvatski” isə ölkəsinin birinici divizionunda mübarizə aparır. Qeyd edək ki, Nicat Süleymanov əvvəllər “Qarabağ” və “Zirə”də də çıxış edib.