“Sabah” klubu futbolçu Xulio Rodriqeslə yollarını ayırıb.
Paraqvaylı hücumçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib. Ona xidmətlərinə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb. Xulio Rodriges 2020-ci ilin yanvarından “Sabah”da çıxış edirdi. Qeyd edək ki, daha əvvəl klub Şpiro Periçiç və Slavik Alxasovla da vidalaşıb.