“Qarabağ”ın ən baha legioneri olan Abdullah Zubirə yeni təklif gəlib.

2018-ci ildən Ağdam klubunun formasını geyinən fransalı yarımmüdafiəçi Türkiyə və Yunanıstan klublarından dəvət alıb. Maraqlıdır ki, hər iki ölkənin Super Liqa təmsilçiləri Mərakeş əsilli yarımmüdafiəçiyə 500 min avro ödəməyə hazır olduğunu elan edib. “Qarabağ”la 2 illik müqaviləsi olan Zubir Ağdam klubuna Fransanın “Lans” klubundan keçib.