“Səbail” rəhbərliyi ilə Aftandil Hacıyev arasında gedən danışıqlar başa çatıb.
Tərəflər mövcud olan müqavilənin daha 1 il uzadılması barədə ortaq məxrəcə gəliblər. 41 yaşlı mütəxəssis 2017-ci ilin yayından Bayıl təmsilçisini çalışdırır. “Dənizçilər” onun rəhbərliyi altında bir sıra yeniliklərə imza atıb. Komandanı tarıxındə ilk dəfə Premyer Liqanın bürünc medalçısı edib, Avropa Liqasında iştirakına nail olub.